ACTIVE GROUP Company

Tomex aksiya kohne 534x172.jpg

 




    Active Group və Dayco şirkətinin birgə səyi nəticəsində müştərilərimiz və əməkdaşlarımızla birlikdə      16-19.05.2016 tarixlərində Dayco şirkətinin zavodları ilə tanış olmaq üçün İtaliyaya dəvət aldıq.

16.05.2016 – İTALİYADA İLK GÜN. Qrupumuz saat 8 radələrində Bakı Heydər Əliyev adına beynəlxalq hava limanından İtaliyaya yollandı. 14:20 - də Fiumicino – Leonardo da Vinci adına beynəlxalq hava limanında Dayco şirkətinin nümayəndəsi qarşıladı. Zavodlara daha yaxın yerdə qalmaq üçün Romadan təxminən 3 saat məsafədə olan Peskara şəhərinə yollandıq. Dəvət olunduğumuz axşam yeməyi zamanı qrupumuz DAYCO şirkətinin rəhbərliyi ilə tanış olma imkanı əldə etdi.

17.05.2016 – ZAVODLARLA TANIŞLIQ. Səhər 9:30-da DAYCO-nun Chieti Scalo zavodunda şirkətin nümayəndələrindən D’Emilio Franko tərəfindən qarşılandıq. Təhlükəsizlik geyimlərini geyinib qaydalarla tanış olduqdan sonra zavoda daxil olduq.  D’Emilio Frankonun rəhbərliyi ilə avtomobil qayışlarının emal olunmasının hər mərhələsinin canlı şahidi olduq. Daha sonra rəhbərliyin bizim üçün hazırladığı təqdimatı dinlədik.

Yemək fasiləsindən sonra DAYCO-nun Manapello zavodunu da görmə şansımız oldu. Bu zavodda daha çox dişli qayışlar emalının mərhələlərini izlədik. Burada qayışların möhkəmliyini yoxlamaq üçün onu qatlamağın əslində qayışı zədələyib işlək vəziyyətdən çıxardığını öyrəndik.

Bu iki zavodları gəzdikdən sonra şirkətin rəhbərliyi və nümayəndələri ilə vidalaşıb Romaya qayıtdıq. Avtobusda müştərilərimizin zavod səyahətlərindən sonrakı təsuratları bu gəzintinin kifayət qədər məhsuldar keçdiyinin sübutu idi.

18.05.16 – ROMA TURU. Bu günümüz tamamilə Roma şəhərini gəzmək üçün planlaşdırılmışdı. 9:00-17:00 arası bələdçimiz bütün Roma ilə bizi tanış etdi. Qrupumuz tarixi yerlərlə zəngin bu şəhəri addım-addım tanıyaraq gəzdi. Trevi çeşməsi, İspan pilləkənləri, Kolizey, Roma forumu, Vittorio Emanuele II abidəsi, Panteon məbədi və ən əsası Vatikan, Əziz Pietrus meydanı və ətrafındakı tarixi məbədlər gördüklərimizdəndir. Bunlardan əlavə yerli  əhalinin yaşayış tərzi, şəhərdəki küçə incəsənətçiləri (street art) də diqqət cəlb edirdi.

19.05.16 – ROMADA SON GÜN.  Şəhərdə son işlərimizi tamamlayıb, Dayco rəhbərləriylə görüşüb Romanın Fiumicino hava limanına yola düşdük. Və nəhayət yerli vaxtla 02:00 radələrində doğma Bakımıza geri döndük..